Sloganın burada duracak

GIMNASTIKA

1.Gimnastika nədir ?

 

a))Gimnastika – bir sistem kimi,xüsusi seçilmiş fiziki hərəkətlərdən və elmi işlənib hazırlanmış metodiki fəndlərdən,müxtəlif məsələlərin həllinə istiqamətlənir.

 

  2.Təsnifata görə gimnastika hərəkətləri neçə qrupa bölünür ?

 

a))8

 

 3.Təsnifata görə hansı gimnastika hərəkətləri təqdim edilənlərə uyğundur ?

 

a))Akrobatika,sıra,tətbiqi,ÜİH.

 

  4.Hansı gimnastika növü maarifləndirici – inkişafetdiricidir ?

 

a))Əsas,peşə-tətbiqi,qadınlar üçün,atletik gimnastika.

 

  5.Gimnastikanın hansı növü sağlamlaşdırıcıdır ?

 

a))Gigiyeniki,giriş, fiziki – tərbiyə dəqiqəsi,müalicəvi,ritmik.

 

   6.Gimnastikanın idman – istiqamətli növünə hansılar daxildir ?

 

a))İdman gimnastikası,bədii gimnastika,akrobatika gimnastikası,batut gimnastikası,aerobika gimnastikası,tamblinq.

 

   7.Hansı növ kişilərin çoxnövçülüyünə aiddir ?

 

a))Halqalar,parallel qollar,dəstəli at,turnik,azadə hərəkətləri,dayaqlı tullanma.

 

   8.Hansı növ qadın çoxnövçülüyünə aiddir ?

 

a))Dayaqlı tullanma,müxtəlif hündürlüklü qollar,gimnastika tiri,azadə hərəkətləri.

 

   9.Hansı qrup gimnastikanın ümumi məqsədini təsvir edir ?

 

a))Form və funksiyanın hormonik inkişafı,sağlamlığın möhkəmləndirilməsi,tətbiqi vərdişlərə yiyələnmək,mənəvi keyfiyyətlərin tərbiyələnməsi.

 

   10.Bədii gimnastikada hansı əşyalardan istifadə olunur ?

 

a))Halqa,lent,top,ip,toppuzlar.

   11.Hansı qrup hərəkətlər bədii gimnastika vasitələrinə aiddir ?

a))Akrobatika,rəqs elementləri,azadə hərəkətləri,müvazinət, dönmələr,tullanmalar.

 

   12.Hansı növlər akrobatika gimnastikasına daxildir ?

 

a))Qoşa (qadın,kişi,qarışıq) hərəkətlər,qruppalı(üçnəfərli – qadınlar, dördnəfərli –kişilər)hərəkətlər.

    13.Gimnastikanın metodiki xüsusiyyətlərindən biri hansıdır ?

a))İnsan orqanizminə hərtərəfli təsiri.

   14.Hansı metodiki xüsusiyyət insan orqanizminin hər bir hissəsinə lokal təsir göstərməyə imkan yaradır ?

a))Orqanizminə seçici təsiri.

   15.Hansı metodiki xüsusiyyət dozalaşmanı və yükü nizama salır ?

a))Məşğələnin reqlamenti və yükün dəqiq nizama salınması.

  16.Hərəkətin mürəkkəbləşməsinə hansı metodiki xüsusiyyət imkan yaradır ?

a))Hərəkətin mürəkkəbləşməsi və kombinə edilməsi imkanı.

   17.Gimnastikada musiqi müşaiyətinin əhəmiyyəti.Düzgün variantı qeyd etmək

a))Ritmin və musiqi duyumu hissinin tərbiyələnməsi.

Ümumtəhsil məktəblərində sıra hərkətlərinin tədrisi metodikası.

  18.Sıra hərəkətləri nədir ?

a))Sırada birgə və tək – tək icra edilən fəaliyyətdir.

   19.Sıra hərəkətlərin köməyi ilə hansı məsələlər həll olunur ?

a))Qamətin düzgün formalaşması,temp ritmin və kollektiv fəaliyyətinin tərbiyələnməsi.

   20.Sıra hərəkətlərinin təsnifatına hansı qrup hərəkətlər daxildir ?

a))Sıra fəndləri,düzülüşlər və yenidən düzülüşlər, irəliləmələr, seyrəlmələr və sıxlaşmalar.

   21.Sıra nədir ?

a)) Bir düz xətt üzrə boyun ardınca durub,birgə icra edilən fəaliyyətdir.

   22.Cərgə nədir ?

a))Bir düz xətt üzrə çiyin – çiyinə durub,birgə icra edilən fəaliyyətdir.

   23.Sıra hərəkətlərinin öyrədilməsi zamanı hansı metodlardan istifadə

olunur ?

a))Söz,göstərmə,hissə – hissə öyrətmə metodları.

  24.Sıra hərəkətlərinin icrası zamanı səhvlərin düzəldilməsi üçün hansı metodiki üsullardan istifadə olunur ?

a))Say,izahla nümayiş.

   25.Zalda neçə dənə künc və tərəf var ?

a))4+4+1

   26.Komanda neçə hissədən ibarətdir və onun ardıcıllığı ?

a))Xəbərdaredici komanda,pauza,icraedici komanda.

   27.Bu fəaliyyətlərdən hansılar sıra fəndlərinə daxilidir ?

a))“Farağat”,“Azad”,“Olmadı”.

    28.Sıra hərəkətlərinin keçirilməsində bu metodiki göstərişlərdən hansı uyğun deyil ? (səhv cavabı göstər).

a))Kömək və mühafizə göstərmək

   29.Yerində addımlamaq üçün hansı komanda verilir ?

a))“Yerində addımla-MARŞ!”.

 30.Sıranın ətrafa yerişə başlaması üçün hansı komanda verilir ?

a))“Sağ (sol) ətrafa adımla-MARŞ!”.

    31.Ətrafa və dioqanal üzrə yeriş üçün hansı komandalar verilir ?

a))“Sağ (sol) ətrafa adımla-MARŞ!”,“Dioqanal üzrə adımla-MARŞ!”.

   32.Ətrafa və mərkəzdən yeriş üçün hansı komandalar verilir ?

a))Sol (sağ) ətrafa addımla-“MARŞ!”,mərkəzdən addımla-“MARŞ!”.

   33.Yerişdən qaçışa keçmək üçün hansı komandalar verilir ?

a))“Sürətli addımlarla-“MARŞ!”, “Qaçaraq – MARŞ!”.

    34.İrəliləmə zamanı sırada iki addım məsafəyə keçmək  üçün hansı komanda verilir ?

a))Məsafə -“İKİ ADDIM!”.

   35.Yerində dönmələr üçün hansı komandalar verilir ?

a))Sola – “DÖN!”,Sağa –“DÖN!”,Yarım-sola –“DÖN!”,Yarım-sağa–“DÖN!”, Geriyə –“DÖN!”.

   36.Yeriş zamanı sol ayaqla düzgün addımlamaq üçün hansı metodiki üsullardan istifadə olunur ?

a))Sol ayağı vurğulayaraq addımlamaq,sol ayaqda əl çalmaq.

 

   37.Ətrafa yeriş və addımların uzunluğunu dəyişmək üçün düzgün komandaları qeyd edin

a))“Sol ətrafa addımla –MARŞ!”,“Tam addımla(qısa addımla)–MARŞ!”.

38.Bir cərgədən iki cərgəyə və əksinə yenidən düzülüş üçün hansı komandalar düzgündür ?

a))“Bir - iki - Say!”,“İki cərgəyə - Düzül!”,“Bir cərgəyə - Düzül!”.

   39.Bir sıradan iki sıraya və əksinə yenidən düzülüş üçün hansı komandalar düzgündür ?

a))“Bir - iki - Say!”,“İki sıraya - Düzül!”, “Bir sıraya - Düzül!”.

   40.Ətrafa yeriş və addımların tezliyini dəyişmək üçün düzgün komandaları qeyd edin

a))“Sağ ətrafa addımla – MARŞ!”,“Sürətli addımlarla – MARŞ!”,“Seyrək addımlarla – MARŞ!”.

   41.Sıra ilə saymaq üçün,cərgədə və sırada bir-iki saymaq üçün düzgün komandaları qeyd edin

a))“Sıra ilə – Say!”,“Bir-iki – Say!”.

   42.Düzülüşü düzəltmək üçün əmr formasında komandaları qeyd edin

a))“DÜZLƏN!”,“Sola – DÜZLƏN!”, “Mərkəzə – DÜZLƏN!”.

   43.Yerində addımlamaq üçün və qrupun dayandırılması üçün hansı komandalar verilir ?

a))“Yerində addımla – MARŞ!”, “Qruppa – DUR!”.

    44.Ətrafa yeriş üçün sıxlaşmadan qrupu dayandırmaq üçün hansı komandalar verilir ?

a))“Sol ətrafa addımla – MARŞ!”,“Qruppa – DUR!”.

   45.İrəliləmə zamanı dönməklə bir sıradan dörd-dörd və əksinə düzülüş üçün hansı komandalar verilir ?

a))“Sola dörd-dörd – MARŞ!”, “Sağa – DÖN!”, “Soldan sola (sağa) tək sıra ilə – MARŞ!”.

     46.Bir cərgədən üç cərgəyə pilləvari yenidən düzülüş üçün verilən say

a))“6-3-yerində – SAY!”.

    47.Bir cərgədən üç cərgəyə və əksinə yenidən düzülüş üçün hansı komandalar düzgündür ?

a))“1-3 – SAY!”,“üç cərgəyə - DÜZÜL!”,“bir cərgəyə - DÜZÜL!”.

   48.Bir sıradan üç sıraya və əksinə yenidən düzülüş üçün hansı komandalar düzgündür ?

a))“1-3 – SAY!”,“üç sıraya - DÜZÜL!”,“bir sıraya - DÜZÜL!”.

   49.İrəliləmə zamanı 1sıradan bölünmə və qovuşma ilə 2,4 sıraya yenidən düzülüş üçün  verilən düzgün komandaları qeyd edin

a))“Mərkəzdən – MARŞ!”,“sağa və sola tək sıra ilə – MARŞ!”,“mərkəzdən 2 sıra ilə – MARŞ!”,“sağa və sola 2-2 – MARŞ!”,“mərkəzdən 4 sıra ilə – MARŞ!”.

   50.Bir cərgədən üç cərgəyə pilləvari düzülüş üçün və əksinə düzgün verilən komandaları qeyd edin

a))“6-3-yerində  – SAY!”,“Say üzrə addımla – MARŞ!”,“Geriyə – DÖN!”, “Yerinizə addımla – MARŞ!”.

    51.Bir sıradan üç sıraya və əksinə pilləvari yenidən düzülüş üçün düzgün komandaları qeyd edin

a))“1-3 – SAY!”,“birlər iki addım sağa,üçlər iki addım sola-addımla – MARŞ!”, “öz yerinizə addımla – MARŞ!”.

    52.İrəliləmə zamanı bir sıradan iki sıraya və əksinə düzülüş üçün hansı komandalar düzgündür ?

a))“1-2 – SAY!”,“iki sıraya – DÜZÜL!”,“bir sıraya – DÜZÜL!”.

    53.Çiyinlə irəli bir cərgədən üç sıraya yenidən düzülüş üçün düzgün cavabı qeyd edin

a))Bölmələrlə sol çiyin irəli 3sıraya – DÜZÜL!,“Qruppa – DUR!”,“geriyə - “DÖN!”, “yerinizə addımla – MARŞ!”,

    54.Bitişdirici addımlarla birtərəfli seyrəlmə və sıxlaşma üçün hansı komandalar verilir ?

a))“Sola 2addım bitişdirici addımlarla sey-rəl!”,“Sağa bitişdirici addımlarla sıx-laş!”.

    55.Bitişdirici addımlarla simmetrik seyrəlmə və sıxlaşma üçün düzgün kmandalar hansılardır ?

a))“Mərkəzdən iki addım interval ilə bitişdirici addımlarla sey-Rəl!”,“mərkəzə doğru bitişdirici addımlarla sıx-Laş!”.

   56.Qaçaraq  bir tərəfli seyrəlmə və sıxlaşma üçün düzgün komandaları qeyd edin

a))“İki addım sola qaçaraq sey-Rəl!”, “Sağa qaçaraq sıx-Laş!”.

   57.İrəliləmə  zamanı 4-4 frontal və dərinliyə simmetrik seyrəlmə üçün srəncamla verilən düzgün komandaları qeyd edin

a))“İki addım məsafə Saxlayın!”,“Mərkəzdən iki addım interval Alın!”.

   58.Dörd sıradan qövslə seyrəlmək üçün birinci hansı sıralar hərəkətə başlayırlar ? Düzgün variantı eyd edin

a))2 və 3 sıralar.

   59.Hər iki istiqamətə,simmetrik sıxlaşmaq üçün hansı komandalar verilir ?

a))“İrəli və ortaya sıx-Laş”.

Ümumtəhsil məktəblərində dərs prosesində hərəkətlərin öyrədilməsi zamanı  zədələnmənin qarşısı alınma halları.

   60.Aşağıdakılardan hansıları gimnastika məşğələsi zamanı zədələnmənin səbəbi ola bilməz ?

a))Səliqəsiz geyim.

  61.Şagird elementin öyrənilməsində ilk cəhdi göstərən zaman, müəllim hansı bacarığa malik olmalıdır ?

a))Fiziki kömək və mühafizə göstərməlidir. 

62.Əzələ və bağların dartılmasına nə səbəb ola bilər ?

a))Bədənin qeyri-fəal qızışdırılması.

   63.Şagirdlərə fziki kömək nə vaxt göstərilir ?

a))İlk cəhdi yerinə yetirmə zamanı.

   64.Şagirdlərə kömək və mühafizə nə vaxt göstərilmir ?

a))Yarışda.

   65.Aşağıdakı variantlardan hansı təhlükəsizlik texnikasının pozulması və zədələnmənin səbəbi ola bilməz.

a))Dərsə səhlənkar yanaşma.

  66.Paralel qolların quraşdırılmasında hansı tələb artıqdır ?

a))Dirsəklərin şaquli və qrifin üfüqi vəziyyətini təmin etmək.

   67.Dəstəli atın quraşdırılmasında hansı tələb artıqdır ?

a))Üst hissəsinin üfüqi vəziyyəti.

  68.Hansı variant yorulmanın əlaməti ola bilməz ?

a))Tərləmək.

   69.Bu qayda pozuntularından hansı zalın sanitar gigiyenik normalarına aid deyil?

a))Ayaqqabı və idman geyiminin uyğun olmaması.

 

Ümumtəhsil məktəblərində fiziki tərbiyənin kurikulumu, onun məzmunu, qiymətləndirilməsi   və tətbiqi hərəkətlər.

 

   70.Aşağıda göstərilənlərdən hansıları fiziki tərbiyə kurikulumunun məzmun xəttlərinə aid deyil ?

a))Hərəki funksiyanın inkişafı və təkmilləşməsi.

71.Məşğul olanlar sağlamlığının möhkəmləndirilməsi,gün rejimi və hərəki fəaliyyət haqqında bilik nümayiş etdirir. Səhv cavabı qeyd

a))Sadə hərəkətləri yerinə yetirmək.

  72.Məşğul olan müxtəlif təyinatlı oyun qaydaları haqqında məlumat

verir.Göstərilən variantda nə artıqdır ?

a))Qaydalara uyğun oyunlarda iştirak etmək.

   73.Məşğul olan mənəvi-iradi keyfiyyətlər haqqında məlumat verir.Bu halda nə artıqdır ?

a))Sıravi komandaları nizam-intizamla yerinə yetirir.

b)Fərdi fəaliyyət zamanı davranış qaydaları haqqında məlumat verir.

   74.Məşğul olanlar hərəki bacarıq və vərdişlərin mənilsənilməsini nümayiş etdirir.Səhv cavabı qeyd edin.

a))Gün rejimini tərtib edərkən faktorları sadalayır.

  75.Məşğul olanlar müxtəlif  istiqamətli oyunlar zamanı bacarıq və vərdişlərin qavranmasını nümayiş etdirir.Hansı cavab səhvdir ?

a))Oyun qaydaları haqqında məlumat verir.

  76.Məşğul olanlar hərəki bacarıq və vərdişlər nümayiş etdirir.Hansı variant düzgün deyil ?

a))Yerinə yetirilən fəaliyyət haqqında şifahi izahat verir.

   77.Bunlardan hansıları hərəki qabiliyyətlərə aid deyil ?

a))Hərəkətin yerinə yetirilməsində cəsarətlik.

  78.Aşağıdakılardan hansı cavab şəxsiyyətin mənəvi-iradi keyfiyyətlərin formalaşmasına təsir göstərmir ?

a))Məşğul olanlar gimnastika tərzini nümayiş etdirirlər.

   79.Yerişin növ müxtəlifliyinə hansı qrup aiddir ?

a))Pəncələr üzərində,dərin oturuşda,adi yeriş,bitişdirici addımla yeriş.

   80.Qaçışın hansı növ müxtəlifliyi və komandası düzgün qeyd olunub ?

a))Yanaki qaçış – sağ (sol)çiyin,“İrəli qaçaraq – MARŞ!”.

   81.İrəliləmə zamanı yarım oturuşda və oturuşda hansı komandalar verilir ?

a))“Yarım oturuşda – MARŞ!”, “Oturuşda – MARŞ!”.

   82.Ətrafa yeriş,iki ayaq üzərində hoppanmaqla irəliləmək üçün düzgün komandaları qeyd edin

a))“Sol ətrafa addımla – MARŞ!”,“İki ayaq üzərində hoppanaraq – MARŞ!”.

   83.Aşağıdakılardan tətbiqi hərəkətlər hansılardır ?

a))Yarım oturuşda yeriş,topun ötürülməsi,partnyorun qaldırılması.

  84.Orqanizmin funksional sistemlərinə hansı hərəkətlər ümumi təsir göstərir ?

a))Qaçış və tez-tez oturmalar.

 

 

Ümumtəhsil məktəblərində ümuminkişaf  hərəkətlərinin tədrisi metodikası.

  85.Fiziki yükün tənzimlənməsi komponentlərini göstərmək

a))Temp və miqdarı.

  86.ÜİH –nın təsnifatı.Düzgün cavabı qeyd edin

a))Qollar və  çiyin qurşağı,boyun,ayaq və çanaq-bud üçün,gövdə üçün, bütün bədən üçün hərəkətlər.

   87.ÜİH –nə hansı qrup hərəkətlər aiddir ?

a))Oturuşlar,əyilmələr,qolların bükülməsi.Qollarla dairə, hücüm addımları.

   88.ÜİH –nın düzgün yazılış formasını qeyd edin

a))Cv – ayaqlar aralı duruş,qollar irəli.

1- qollar yanlara.

2- irəli əyilərək,qollar arxaya.

3- qalxaraq qollar irəli.

4- cv.

   89.ÜİH-nin keçirilməsi üçün hansı əşyalardan istifadə olunur ?

a))Gimnastika ağacı,qantellər,ip,doldurulmuş toplar.

   90.ÜİH-nin ayrı-ayrılıqda keçirilməsi üsulu zamanı hansı komandalar verilir ?

a))“cv-AL!”,“hərəkətə baş - La!”,“DUR!”.

  91.Axın üsulu ilə keçirilən ÜİH-zaman hansı komandalar verilir ?

a))“Hərəkətə mənimlə birlikdə baş - La!”,“son təkrarlama - DUR!”.

   92.Qüvvə qabiliyyətini inkişafı üçün hansı metodlardan istifadə olunur?

a))Çoxsaylı təkrarlama miqdarı ,böyük qüvvə tətbiq etmə metodu,statiki metod,kombinə edilmiş metod.

   93.Elastikliyin (BƏQ)inkişafı üçün hansı metodlardan istifadə olunur ?

a))Qeyri-fəal hərəkətlər metodu,fəal hərəkətlər metodu,statiki metod,kombinə edilmiş metod.

  94.Qüvvə dözümlülüyünün inkişafı üçün hansı metodlardan istifadə olunur ?

a))Çoxsaylı təkrarlama metodu.

   95.Koordinasiya bacarığının daha effektiv inkişafına hansı qrup hərəkətlər təsir göstərir ?

a))Eyni zamanda və ardıcıllığda icra olunan hərəkətlərin birləşmələri, Qollarla kombinə edilmiş hərəkətlər,gövdə ilə ayaqlarla.

   96.ÜİH-nin icrası zamanı sehvləri düzəltmək üçün hansı metodiki fəndlərdən istifadə olunur ?

a))Sayla,sözlə,həm söz,həm göstərməklə.

   97.ÜİH-nin icrası zamanı fiziki yükü nizama salmaq üçün hansı komponentlər daha məqsədə uyğundur ?

a))Təkrarlama miqdarı,temp,amplituda,yükün ağırlaşdırılması.

   98.Qamətin düzgün formalaşması üçün hansı qrup əzələləri inkişaf etdirmək və hansı əşyalardan istifadə etmək vacibdir ?

a))Bel əzələlərinin statiki qüvvəsini,qarın əzələlərini,çiyin qurşağı əzələlərini,əşya – gimnastika ağacı.

99.Bədəni qızışdırmaq üçün ÜİH kompleksi hansı ardıcıllıqla yerinə yetirilir ?

a))Qollar və çiyin qurşağı üçün hərəkətlər,gövdə üçün,qüvvə üçün, elastiklik,ayaq əzələləri üçün,boşalmaya aid hərəkətlər.

  100.ÜİH hansı üsulla keçirilir ?

a))Ayrı-ayrılıqda,axın,keçid.

  101.ÜİH-nin öyrədilməsi üsulları hansılardır ?

a))Söz,göstərmə,hissə-hissə öyrətmə.

  102.Gimnastika skamyası ilə yerinə yetirilən ÜİH – in keçirilməsində,hasnı variant əlverişli deyıl ?

a))Çevrilmiş skamya.

  103.Statiki qüvvənin inkişafı üçün hansı metod daha effektlidir ?

a))Əzələ işinin izometrik metodu.

   104.Sürət-güc qabiliyyətinin  inkişafı üçün hansı metoddan istifadə olunur ?

a))Əzələnin dinamiki iş metodu.

   105.ÜİH - in düzgün yazılış formasını göstərin.

a))cv-ayaqlar bir yerdə duruş,ağac yuxarıda.

1-ağac irəli

2-oturaraq ağac yuxarı

3-duraraq ağac irəli

4-cv.

  106.Təqdim olunan ÜİH-dən hansı kombinə  edilmişdir ?

a))cv-ə.d

1- Qollar qövslə yanlardan yuxarı.

2-cv.

3-dayaqlı oturuş.

4-cv.

  107.ÜİH – in hansıları qarın əzələlərinin statiki qüvvəsinə təsir göstərir.

a))Gimnastika divarında sallanaraq bucaq saxlamaq.

   108.Çoxsaylı təkrarlama metodu ilə qüvvə qabiliyyətinin inkişafı üçün hansı dozalaşma məsləhət görülür ?

a))10 dəfəyə kimi.

109.Qüvvə dözümlülüyünün inkişafı üçün hansı dozalaşma məsləhətdir?

a))20 dəfədən çox.

   110.Fəal hərəkətlər metodu ilə bədənin əyilmə qabiliyyətinin inkişafı üçün hansı dozalaşma məsləhətdir?

a))12-15 dəfə.

  111.Qeyri-fəal hərəkətlər metodu ilə bədənin əyilmə qabiliyyətinin inkişafıüçün hansı dozalaşma məsləhətdir?

a))10-12 dəfə.

    112.Statiki hərəkətlər metodu ilə (B.Ə.Q) bədənin əyilmə qabiliyyətini inkişaf etdirmək üçün bədənin vəziyyətini neçə saniyə saxlamaq lazımdır ?

a))10-20 san.

   113.ÜİH nəyi nümayiş etdirir ?

a))Bədənin müxtəlif ətrafları ilə hərəkətlər,əyilmələr,oturuşlar.

   114.ÜİH-nın icrası üçün hansı alətlərdən istifadə olunur ?

a))Gimnastika divarı və skamyası.

Ümumtəhsil məktəblərində istifadə olunan hərəkətlərin terminləri.

   115.Hansı duruş düzgün qamətə uyğundur ?

a))Əsas duruş.

   116.Qolların əsas vəziyyətlərini qeyd edin

a))Qollar irəli,qollar yuxarı,qollar yanlara,qollar sağa,qollar sola, qollar arxaya,qollar  aşağı.

    117.Xalça üzərində oturuş və uzanış vəziyyətlərini qeyd edin

a))Oturma,oturaraq ayaqlar aralı,oturaraq bucaq,bükülü ayaqlarla oturma,bel üzərində uzanma,qarın üzərində uzanma,bir yan üstə uzanma.

   118.Qolların aralıq vəziyyətini qeyd edin

a))Qolar irəli-aşağı,qollar irəli-yuxarı,qollar yuxarı-yanlara,qollar aşağı- yanlara.

  119.Hücum addımlarını sadalayın

a))İrəli,yanlara,arxaya hücum addımı.

   120.Əllərin çıxış vəziyyətini qeyd etmek

a))Əllər beldə,əllər çiyində,əllər boyun arxasında,əllər sinə qarşısında,əllər bel arxasında.

 121.Gimnastika terminalogiyası nədir ?

a))Gimnastika hərəkətlərinin qısa qeyd edilməsi üçün,alətlərin və inventanların yazılış forması və adlandırılması üçün xüsusi bir sistemdir.

  122.Gimnastika terminalogiyasına təqdim olunan tələblər hansılardır ?

a))Qısalıq,dəqiqlik,əlverişlilik.

 123.Təqdim edilən tələblərdən hansı gimnastika terminalogiyasına aid deyil ?

a))Gimnastika terminalogiyası gimnastika hərəkətlərinin bir vasitəsidir.

   124.Hərəkətin mənasını bildirən əsas terminlər hansılardır ?

a))Dönmə,enmə,qalxma,əyilmə,dayaq,aşma,sallanma.

    125.Sallanma nədir ?

a))Əllər çiyin oxundan yuxarı olanda,bədənin alətdəki vəziyyətidir.

    126.Dayaq nədir ?

a))Əllər çiyin oxundan aşağıda olmaqla,bədənin alətdəki vəziyyətidir.

   127.Aşağıdakı hərəkətlərdən hansıları qalxmaya aid deyil ?

a))Sallanmadan qüvvə ilə bükülü sallanma.

  128.Bu elementlərdən hansıları enməyə aid deyil ?

a))Dayaqdan arxaya yellənərək,arxya dairə.

  129.Gimnastika divarında hansı elemntlərin icrası qeyri mümkündür ?

a))Ayaqları keçirməklə  bükülü sallanma.

  130.Hansı variantda hər iki duruş,ayaqlar aralı duruş vəziyyətlərinin növmüxtəlifliyinə aid deyil ?

a))Sağla çarpaz duruş,solla hücum addımı.

131.Döşəmədə düzgün dayaq vəziyyətini göstərin

a))Dayaqlı oturuş,bükülü dayaq.

Ümumtəhsil məktəblərində şagirdlərin  yaş, cinsi xüsusiyyətlərinə görə akrobatika hərəkətlərinin icrası zamanı hərəki qabiliyyətlərinin inkişafı metodikası və alətlərdə  gimnastika alətlərində hərəkətlər.

132.Hansı hərəkətlər akrobatika fırlanmalarına aiddir ?

 

a))Yuvarlanma,mayallaq aşmaq,aşma,salto.

 

 

   133.Statiki akrobatika elementlərinə hansılar daxildir ?

 

a))Baş üzərində duruş,körpü,şpaqat,kürəklərdə duruş.

 

   134.Akrobatika elementlərinin icrası zamanı hansı hərəki qabiliyyətlər inkişaf olunur ? (irəli və arxaya mayallaq aşmalar)

 

a))Hərəkətin koordinasiyası,çeviklik,vestibyulyar aparatının  funksiyası.

   135.Akrobatika elementləri icrası zamanı (əllərdə duruş,baş üzərində duruş,kürəklərdə duruş) hansı hərəki qabiliyyətlər  inkişaf olunur ?

a))Statiki müvazinət,əzələ qüvvəsi,vestibyulyar aparatın dayanıqlığı.

     136.Əsas və əlavə terminlərin daxil  edilməsi ilə akrobatika  hərəkətlər qrupunu göstərmək.

a))Arxaya mayallaq aşmaq,irəliyə yuvarlanmaq,sağa aşma,baş üzərində duruş.

   137.Akrobatika hərəkətləri qrupunu göstərmək

a))Salto,yuvarlanma,aşma,baş üzərində duruş.

  138.Yana aşmanın öyrədilməsində hansı metoddan istifadə etmək daha məqsədə uyğundur ?

a))Bütövlük metodu.

  139.Baş üzərində duruşu öyrətmək üçün hansı metoddan istifadə etmək daha məqsədə uyğundur ?

a))Köməkçi hərəkətlərdən.

140.Akrobatika elementlərinin öyrədilməsində düzgün ardıcıllığı qeyd edin

a))Yuvarlanmalar,mayallaq aşmalar,duruşlar,aşmalar.

141.Hansı qrup terminlər gimnastika elementlərinə aiddir ?

 

a))Bükülü sallanma,dayaqda bucaq,qüvvə ilə qalxmaq,irəliyə dairə,ayaqlar aralı tullanma.

   142.Bu hərəkətlərdən hansıları alçaq turnikdə yerinə yetirilir?

a))Duraraq sallanmadan,iki ayağın təkanı ilə aşaraq dayağa qalxmaq, yellənərək arxadan sıçrayış.

  143.Bu hərəkətlərdən hansıları paralel qollarda icra olunur ?

a))Dirsəklərdə dayaqda yellənmə,arxaya yellənmədə dayağa qalxmaq,irəli yellənərək sağa sıçrayış.

   144.Bu hərəkətlərdən hansıları halqalarda icra olunur ?

a))Sallanmada yellənmə,irəli yellənərək beli açıq sallanma,bükülü sallanma,arxaya yellənərək sıçrayış.

   145.Bu hərəkətlərdən hansılar gimnastika tirində icra olunur ?

a))Dizlərdə dayaq,qalxmaq,bitişdirici addımlarla irəliləmə,pəncələrdə dönüş,beli açıq sıçrayış.

   146.Aşaraq dayağa qalxmaq,qüvvə ilə dayağa qalxmaq elementləri, hansı hərəki qabiliyyətləri inkişaf etdirir ?

a))Qolların və çiyin qurşağının əzələ qüvvəsini.

  147.Müxtəlif hündürlüklü qollarda icra olunan hərəkətlər :bükülüb-açılaraq yellənmə,ayaqları bükərək və ayaqlar aralı yellənmə,arxada uzanaraq sallanma kimi elementlər hansı hərəki qabiliyyətləri inkişaf etdirir ?

a))Bədənin əyilmə qabiliyyəti və qarın əzələlərinin qüvvə qabiliyyəti.

    148.Qarışıq sallanmaları qeyd edin

a))Duraraq sallanma,arxadan uzanaraq sallanma.

    149.Alətdə qarışıq dayaq vəziyyətini göstərin

a))Duraraq dayaq.

   150.Müvazinət hissinin tərbiyələnməsi üçün hansı gimnastika alətində istifadə daha effektlidir ?

a))Gimnastika tiri və skamyası.

Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol